Ağcabədidə qida məhsullarının saxlandığı anbarda istehlaka yararsız məhsullar aşkarlanıb

3 days ago 2

Ağcabədi rayonu, H.Hacıyev küçəsi, 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rahib Ədalət oğlu Vəliyevə məxsus anbarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Read Entire Article