Abşeron rayonu ərazisində üç şəxsə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 30 200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 34 yaşlı S.Qarayev və 31 yaşlı R.Sayılov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.