ABŞ-də ayyarımlıq yoxlamalardan sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-i bağlanılır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio özünün "X" hesabında xəbər verib.
"Altı həftəlik baxışdan sonra biz rəsmi olaraq USAID-dəki proqramların 83%-ni bağlayırıq", - deyə dövlət katibi qeyd edib.
Rubio vurğulayıb ki, ABŞ-nin maraqlarına uyğun olmadığı, ya onlara zərər verdiyi üçün təxminən 5200 müqavilə ləğv edilib.
Onun sözlərinə görə, keçmiş proqramlar Dövlət Departamentinin rəhbərliyi ilə daha effektiv şəkildə həyata keçiriləcək.