ABŞ-də güclü tornado: Sakinlərə xəbərdarlıq edildi

2 weeks ago 9

ABŞ-nin Arkanzas ştatında güclü tornado tüğyan edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox Weather" telekanalı məlumat verib.

Yayılan videogörüntülərdə tornadonun elektrik xətlərini qıraraq avtomobil yolundan keçdiyi kadrlar əks olunub.

ABŞ-nin meteoroloji xidməti ştatın bir neçə şəhəri üçün mümkün ciddi ziyan barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq, sakinlər vaxt itirmədən zirzəmilərdə və ya dayanıqlı tikililərin ən aşağı mərtəbələrindəki daxili otaqlarda sığınacaq axtarmalıdırlar.

Read Entire Article