ABŞ bir gündə min "qızıl viza" satıb

4 weeks ago 11

ABŞ bir gün ərzində 1000 "qızıl viza" sataraq 5 milyard dollar gəlir əldə edib.

Oxu.Az "Financial Express"ə istinadən xəbər verir ki, bunu ABŞ ticarət naziri Hoмard Lutnik açıqlayıb.

O qeyd edib ki, 37 milyon potensial alıcıdan ibarət bazarı nəzərə alaraq, ABŞ Prezidenti Donald Tramp bu eksklüziv kartlardan bir milyon sataraq ən azı 5 trilyon dollar qazana biləcəyinə inanır.

Lutnik xatırladıb edib ki, "qızıl kart" ideyası Trampın milyarder investor Con Polsonla görüşü zamanı ortaya çıxıb. Yığılan vəsait ABŞ-nin dövlət borcunun azaldılmasına yönəldilib ki, bu da hazırda 36,2 trilyon dollar təşkil edir.

Qeyd edək ki, "qızıl viza"ların hər birinin dəyəri 5 miyon dollardır.

Read Entire Article