20 ədəd radiotezlik nominalı dövlət resursu kimi geri alınıb

3 days ago 2

Bu ilin yanvar-mart aylarında Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub.

Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan üçü radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, dördü birgə istifadə, beşi gəmilərdə istifadə edilən radio avadanlıqlar, beşi GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi, biri trank radiorabitə şəbəkəsinin təşkili üçün, üçü rəsmiləşdirmə, biri simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (2.4 QHs)), biri mobil rabitə, ikisi radiolokasiya üçün (radiozond) radiotezliklərin ayrılması ilə bağlı olub.

Komissiyanın iclasında radiotezliklərin ayrılması ilə bağlı 25 müraciətin hamısı müsbət cavablandırılıb və müvafiq icazələr verilib.

Bundan başqa, iclasda tezliklərin ayrılmasına icazə verilib, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq imtina edən səkkiz, "Telekommunikasiya haqqında" qanuna uyğun olaraq, radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra bir ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan 10, habelə "Telekommunikasiya haqqında" qanuna uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirilməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun iki il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri üç ay müddətində istifadə etməyən iki tezlik istifadəçisi üçün tezlik ayrılması barədə qərarlar ləğv edilib. Ümumilikdə 20 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

İclasda, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının yayımladığı ən son Radiorabitə Reqlamentinə uyğun olaraq yenilənmiş "Tezlik zolaqlarının ayrılması Cədvəli" təsdiq edilib.

Read Entire Article