17 yaşlı qadınlardan ibarət milli komandamız İnkişaf Turnirində ilk oyununu keçirəcək

2 hefte evvel 6

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 19:00-da ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.