1-ci Liqada çıxış edən komandaya kənd sakini yardım edib

2 hefte evvel 10

1-ci Liqada çıxış edən Aran komandasına kənd sakini köməklik göstərib.

Bu barədə Oxu.Az-a 1-ci liqada çıxış edən “Araz Saatlı” klubunun prezidenti Ədalət Abdullayev məlumat verib.

“Saatlı şəhəri, Şeyx Yusif 7A ünvanında yerləşən hoteldə məskunlaşan "Araz Saatlı" futbol klubu növbəti mövsümdən məşqlərini də bu məkanda reallaşdıracaq. Ağarəhimli kənd sakini Mircavan Kazımov özünə məxsus olan hotelin həyətyanı sahəsində komanda üçün təbii örtüklü məşq meydançası, 7 kottec, yeməkxana, 3 otaqlı ofis və camaşırxana tikintisinə icazə verib”.

Qeyd edək ki, “Araz Saatlı” klubu hazırda 10 xalla turnir cədvəlinin sonuncusudur.

Anar Həsənov